EN

Fıçıçı: “AFFA bu akademiyalara sahib çıxmalı olduğu halda…”

ain.az, futbolpress-az portalına istinadən məlumat yayır.

“Qəbələ” Futbol Akademiyasının fəaliyyəti maliyyə çətinliklərinə görə müvəqqəti məhdudlaşdırılıb.

Akademiyanın sabiq baş məşqçisi Halim Fıçıçı “FutbolPress“ə açıqlamasında klubun qərarına münasibət bildirdi:

“Qəbələ” Futbol Akademiyası üçün çox üzülürəm. Ora 12 il zəhmət verdim, oradakı yoldaşlarımla birlikdə əl-ələ verərək Azərbaycan futboluna xidmət etmək üçün əlimizdən gələn hər şeyi etdik. Amma görürəm ki, AFFA bu akademiyalara sahib çıxmalı olduğu halda, verilən zəhmətləri görməzlikdən gəlir və dağıtmaq yolunu seçir. Çox-çox məyusam, deyəcək söz tapa bilmirəm”.

Türkiyəli mütəxəsssis 2008-2020-ci illərdə “Qəbələ” akademiyasında işləyib.

Şahin Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
14
14
futbolpress.az

10Sources