EN

Ruslar yeni “günahkar” tapıblar: “Bakıya London təlimat verir” nağılı

Rusiyanın Azərbayucana qarşı atdığı məlum addımlardan sonra Kreml özünə haqq qazandırmaq üçün dəridən-qabıqdan çıxır.

Tribunainfo.az xəbər verir ki, rəsmi qurumlar özlərini “vəziyyəti normalaşdıran” tərəf kimi göstərməyə çalışsalar da, arxa planda başqa məkrli addımlar atmaqdan qalmırlar.

Belə ki, Moskva nəzarətində olan media və politoloqlara hücum əmri verib. Eyni zamanda, özlərinin törətdikləri çirkin və kriminal əməllərin günahını başqalarının üzərinə atmağa başlayıblar. Məsələn, həm yerli, həm də təsir dairələrində olan xarici mediaya məlumat ötürürlər ki, guya, Azərbaycanıla münasibətlərin korlanmasının səbəbkarı Britaniyadır. Bununla bağlı rəy formalaşdırmağa çalışan ruslar çeşidli media resurslarına “politoloq”ları vasitəsi ilə mesaj ötürürlər.

Məsələn, “Russkiy vremya” saytı, habelə Ermənistanda yayınlanan “Alpha News” TV, o cümlədən İrəvanda nəşr olunan “İravunk” qəzeti aktiv şəkildə yeni “günahkar”ın təqdimatını aparmağa başlayıb. Ötən gün Kreml tərəfindən idarə olunan politoloq Aslan Rubayev də bu kampaniyaya qoşularaq, erməni mediasına açıqlma verib. Onun sözlərindən belə başa ddüşülür ki, Rusiya Qafqazda aranı qatmaq üçün addımlar atacaq.

Rubayev deyir ki,  Türkiyədə Rusiyasız Zəngəzur dəhlizinin açılması ilə bağlı Ermənistanla razılaşma əldə olunub. Onun sözlərinə görə, bunun ardından Irəvan müəyyən zəminlər hazırlayacaq.

O, həmçinin rusların yeni “nağılı”nı da ortaya atıb. Bildirib ki, guya, Rusiyaya qarşı Azərbaycanın atdığı addımların təlimatını London verib. “Görünür ki, Bakı Türkiyə və Böyük Britaniyanın dəstəyi ilə Rusiyanı regiondan sıxışdırıb çıxaracaq”.

Amma Rubayev bununla da kifayətlənməyib. O iddia edib ki, gələn il ərzində Cənubi Qafqaz regionunda NATO-nun himayəsi altında hərbi kontingentin mövcudluğunun şahidi ola bilərik. Lakin o, bu hərbi kontingentin hansı ölkədə yerləşdiriləcəyini bildirməyib.

Rus politoloq hadisələrin gedişatının Ermənistan üçün yaxşı heç nə vəd etmədiyini də dilə gətirib. “İrəvanı ciddi təhlükə gözləyir”.

Rubayev daha sonra Azərbaycanın guya, Zəngəzur dəhlizinin Ermənistan hissəsindən keçən məkanları “işğal edə biləcəyi”ni də “proqnozlaşdırıb. “Azərbaycan Ermənistan ərazisini işğal edib bütün Zəngəzur dəhlizinə nəzarəti ələ keçirə bilər. Hesab edirəm ki, bu, əsassız bəyanat deyil”.

O yekunda əsl niyyəti dilə gətirib: “Yaxın bir neçə həftə ərzində biz Cənubi Qafqazda münasibətlərin kəskin eskalasiyasının şahidi olacağıq və bu region sadəcə olaraq partlaya bilər”.

P.S. Əvvəla Rubayev də yaxşı bilir ki, Azərbaycan Rusiyaya qarşı ilk addım atmayıb. Əksinə, adekvat reaksiya verib ki, bu da bizim qanuni haqqımızdır. İkincisi, Yekatriburqda 5 Azərbaycan vətəndaşının SOBR tərəfindən qətlə yetirilməsini ingilislər təşkil etmişdilər? Məgər Rusiya polisi İngiltərənin diqtəsi və təlimatı ilə işləyir? Üçüncüsü, Azərbaycan maksimum dərəcədə qonşu dövlətlərlə yaxşı münasibətlər qurmağa çalışır. Ortalığı qarışdıran, ara vuran da elə Rusiya və onun kimi dövlətlərdir. Dördüncüsü, Azərbaycan müstəqil dövlətdir, heç bir dövlətdən təlimat almır. Özünün ümstəqil siyasətini həyata keçirir. Bnu da Rusiyanı qıcıqlandırır və ondan xəbərimiz var. Və Rusiya əgər  Azərbaycanın müstəqil siyasətindən qəzblidirsə, gedib bir parç su içə bilər.

Fərda Uğur

Chosen
15
50
tribunainfo.az

10Sources