ZAQATALA, 5 iyul. TELEQRAF
Zaqatalada “KİA” markalı avtomobil yol kənarında dayanan “VAZ 2106" markalı avtomobilə çırpılması zamanı sürücü ölüb.
Teleqraf-ın yerli bürosunun xəbərinə görə. rayonunun Muğanlı kəndi ərazisində Fəryad İbrahimov yüksək sürətlə idarə etdiyi“KIA” markalı avtomobil ilə hərəkətdə olarkən idarəetməni itirib.
Nəticədə F.İbrahimov avtomobili yol kənarında dayanan “VAZ-2106” markalı minik maşınına çırpıb. Baş verən hadisə zamanı avtomobilin yanında dayanan sürücü, 1966-cı il təvəllüdlü Hüseyn Əliyev aldığı zərbə nəticəsində hadisə yerində həyatını itirib.
Həmçinin “VAZ” markalıavtomobildəki sərnişin, Xalidə Əliyeva, və “KIA”-nın sürücüsü Fəryad İbrahimov və 13 yaşlı oğlu da qəzazamanımüxtəlif dərəcəli xəsarət alıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar aparılır.