Şəkidə iki avtomobil toqquşub.
Yenisabah.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Şəki-Qax yolunun 14-cü kilometrliyində, rayonun Aşağı Göynük kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Cəbrayıl Atayevin idarə etdiyi "Mercedes" markalı, 90-GZ-818 dövlət nömrə nişanlı avtomobillə Anar Muradovun idarə etdiyi "Ford Transit" markalı, 77-JL-790 dövlət nömrə nişanlı yük avtomobili toqquşub. pizza mizza
Hadisə nəticəsində "Mercedes"də olan sərnişinlər - 2023-cü təvəllüdlü Harun Bəhruz oğlu Cəmilli və 2022-ci il təvəllüdlü Musa Bəhruz oğlu Cəmilli, 1970-ci il təvəllüdlü Pərvanə Nəzir qızı Atayeva və 1994-cü il təvəllüdlü Aydan Cəbrayıl qızı Dəmirli xəsarət alıblar.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, iyulun 5-i saat 11:55-də Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə dörd nəfər hospitalizasiya olunub.
"Şəxslərin hər birinə zəruri ilkin tibbi yardım göstərilib, hazırda müalicələri Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri stabil qiymətləndirilir", - deyə məlumatda bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Telegram kanalımız