AZ

Gəncədə partlayış: Yaralının vəziyyəti açıqlandı - FOTO

Gəncə şəhəri, Nizami küçəsində baş verən partlayış zamanı xəsarət alan şəxsin son vəziyyəti məlum olub.


Manset.az Oxu.az-a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, iyulun 4-ü saat 16:00-da 1958-ci il təvəllüdlü şəxs (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

"Ona hər iki əlin, yuxarı və aşağı ətrafın, sifətin l və ll dərəcəli termiki yanığı diaqnozu təyin edilib. Pasiyent ixtisaslı tibbi yardımın göstərilməsi üçün Kliniki Tibbi Mərkəzin nəzdində olan Toksikologiya Mərkəzinə təxliyə olunub", - deyə məlumatda bildirilir.



***

17:39

Gəncədə evdə baş verən partlayışın bəzi təfərrüatı məlum olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə bu gün günorta saatlarında Gəncə şəhəri, Nizami küçəsində yerləşən həyət evlərinin birində baş verib. Partlayış səbəbindən ev yararsız hala düşüb.

Faktla bağlı araşdırma aparılır.


***

17:11

Gəncədə fərdi yaşayış evi yanır.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Yeni Gəncə qəsəbəsində Zeynak Xəlil küçəsində fərdi yaşayış evlərindən birində qeydə alınıb. 

Anidən başlayan yanğın nəticəsində 1958-ci il təvəllüdlü şəhər sakini Şərif Musayev xəsarət alıb.

Gəncə şəhərindəki xəstəxanalardan birinə yerləşdirilən Ş.Musayevin vəziyyəti kafidir. 

İlkin məlumata görə, 45 kv.metrdən ibarət olan yarımtikili əşyaları ilə birgə yanıb. Alovun digər evlərə keçməsinin qarşısı alınıb. 

Hadisə yerinə Gəncə şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin üç yanğınsöndürən avtomobili və iyirmidən artıq canlı qüvvə cəlb olunub. Alovun söndürülməsi istiqamətində tədbirlər görülür.

Seçilən
13
28
manset.az

10Mənbələr