EN

ABŞ səfirliyi: Azərbaycana səyahət xəbərdarlığı ilə bağlı yayılan məlumatlar saxtadır

"Azərbaycana səyahət xəbərdarlığı ilə bağlı yayılan məlumatlar saxtadır".

Operativ Media xəbər verir ki, bu barədə ABŞ səfirliyinin sosial şəbəkə hesabında edilən paylaşımda deyilir.

"Əgər dəqiq və etibarlı məlumat almaq istəyirsinizsə həmişə səfirliyin rəsmi mənbələrinə müraciət edin. Vacib məlumat olduqda bu mənbələr mütəmadi olaraq yenilənir.

Hazırda Azərbaycana aid səyahət xəbərdarlığı 2-ci səviyyədədir – bu da İtaliya və İspaniya üçün müəyyən edilmiş səviyyə ilə eynidir", - məlumatda qeyd olunub.

Chosen
21
50
operativmedia.az

10Sources