Modern.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Çağdaş zaman dünyanın geosiyasi baxımdan yenidən xəritələndiyi dövrdür. Qlobal liderlik artıq monolit deyil. Nə ABŞ əvvəlki kimi təkbaşına hegemon, nə Rusiya əvvəlki kimi qorxuducu, nə də Çin hələ tam hökmrandır. Hər bir güc öz regional təsirini genişləndirmək üçün bir növ “soyuq müharibə 2.0” yarışına girib. Artıq bütün dünya bu yarışın döyüş meydanına çevrilib. Bu baxımdan Cənubi Qafqazdır rahat buraxılmayan regionlar sırasındadır.
Pezeşkian Xankəndidə, İranın oyun planı, yoxsa dəyişən siyasətin siqnalı?
Yeni prezident Məsud Pezeşkianın nümayəndə heyətinin Xankəndiyə gəlməsi təsadüfi deyil. Bu, İranın Qarabağla bağlı siyasətinin dəyişməyə meyilli ola biləcəyinə işarədir.
Halbuki İran uzun illər Ermənistana arxa dayanaraq Azərbaycan torpaqlarının işğalına dolayı dəstək verirdi.
Amma indi Paşinyanın Rusiya orbitindən uzaqlaşması, Türkiyə ilə yaxınlaşması və Azərbaycanın dəyişməz mövqeyi Tehranda çox dairələri narahat edir. Odur ki, fərqli dezinformasiyalarla Pezeşkianın Xankəndi səfəri şantaj edilir.
Pezeşkianın gəlişi həm də ölkə daxilindəki 50 milyonluq azərbaycanlı əhalinin siyasi baxımdan nəzərə alınmağa başlandığını göstərir.
Rusiya Azərbaycana niyə düşmən olur?
Hər şeydən öncə Şimal ayısının imperiya təfəkkürü heç kimə sirr deyil.
Rusiya Azərbaycanın artan gücünü və müstəqil xarici siyasətini qəbul edə bilmir. Çünki Kremlin baxışında Azərbaycan hələ də “əyalət” kimi görünür.
Ermənistanı öz yedəyində saxlamaq kimi imperiya düşüncəsi Qarabağ kartını ortada saxlamaq məkri Rusiyanın hər zaman şakəri olub.
Hətta hamı bilir ki, Rusiya uzun illər Qarabağ münaqişəsini Ermənistana təsir vasitəsi kimi saxladı. Bu vasitəni Azərbaycan ordusunun 2020-ci il zəfəri darmadağın etdi.
Enerji və geopolitik rəqabət də Rusiyanı Azərbaycana qarşı qızışdıran faktorlar sırasındadır.
Azərbaycan Avropanın enerji təhlükəsizliyində əsas oyunçuya çevrilib. Bu, Rusiya üçün həm iqtisadi, həm də siyasi rəqiblikdir. Şimal ölkəsi bunu özünə təhdid kimi qəbul edir.
Rusiya İranı necə aldatdı?
Rusiya İrana illərlə “qardaşlıq” görüntüsü altında onun iqtisadiyyatını, hərbi sistemini öz orbitində saxladı. Amma faktlar göstərdi ki, İsrail İran savaşında Rusiya birincinin tərəfində durdu.
Rusiya zamanında Ermənistana İran ərazisi üzərindən silah ötürdü.
Xankəndi məsələsində isə İranın təklifləri Kremlin masasında yer almadı.
Rusiyanın məqsədi İranı Qərbdən tam ayırmaq, amma özünün dəstəkləmədiyi vəziyyətlərdə onunla hesablaşmamaqdır.
Təbii ki, qoca İran diplomatiyası bunu açıq anlayır. Hətta son İsrail İran savaşında Azərbaycanın sülhün əldə edilməsində böyük və əvəzsiz rol oynadığı kimi məqamlar var. Təbii ki, Rusiya da, İran da bunu bilir. Biri əsəbləşir, o biri məcburən dost olur.
İngiltərə Azərbaycanı necə dəstəkləyir?
Londonda qəbul edilən siyasət bu gün Bakı üçün real dəstəyə çevrilib.
2020-ci ildən sonra BP və Britaniya hökuməti Azərbaycanı əsas tərəfdaş elan edib.
Kral Hərbi Kollecində Azərbaycan zabitlərinin təlimləri, NATO çərçivəsində əməkdaşlıqlar güclənib. İngiltərə Zəngəzur dəhlizini dəstəkləyən Avropa platformalarından ən ciddisidir.
Gürcüstan niyə susur?
Gürcüstanın susqunluğu da əsasən Rusiya faktoruna görədir. Abxaziya və Cənubi Osetiya hələ də işğal altındadır.
Hakimiyyət Rusiya ilə qarşıdurmadan yayınaraq iqtisadi stabillik qorumağa çalışır.
Lakin bu neytrallıq siyasəti onu regionun əsas proseslərindən kənarda qoyur.
Ermənistan niyə Türkiyə ilə dost olmaq istəyir?
Paşinyan bilir ki, Ermənistanı inkişaf etdirə biləcək yeganə yol Türkiyə ilə iqtisadi əlaqələrdir.
Zəngəzur dəhlizi, sərhədlərin açılması, ticarət, bunlar İrəvan üçün həyati əhəmiyyət daşıyır.
Lakin Ermənistan cəmiyyəti və diaspor bu prosesə ciddi müqavimət göstərir. Əslində bu müqavimət özünü gizlətmək istəyən Rusiyadan qaynaqlanır. Paşinyan ölkəsini kilsə və diaspora basqısından çıxarmağa çalışır.
Ermənistan-Türkiyə sərhədləri, geopolitik açar
1993-cü ildən qapalı olan sərhədlərin açılması nəinki regionda sabitliyi, həm də İrəvanın enerji və iqtisadi müstəqilliyini təmin edə bilər.
Ankara bu məsələdə konkret şərt irəli sürüb, Qarabağla bağlı iddialardan tam imtina.
Zəngəzur, Yeni “Böyük oyun”un mərkəzi
Çin və Zəngəzur
Çin “Bir Kəmər-Bir Yol” layihəsində Zəngəzura xüsusi baxır. Bu yol Çini Avropaya bağlayacaq əsas tranzitlərdən biri ola bilər.
ABŞ və Zəngəzur
ABŞ üçün bu dəhliz həm İranın, həm Rusiyanın nəzarət zonasında olmayan bir geopolitik açardır.
Azərbaycan-Türkiyə ittifaqı isə ABŞ-a regional dayaqdır.
Rusiya və Zəngəzur
Rusiya bu dəhlizi yalnız öz nəzarəti altında görmək istəyir. Məhz bu səbəbdən Gorus-Ləçin istiqamətindəki hərbi təxribatlar artır.
Rusiya yenidən Zəngəzur üzərindən imperiya qurmaq istəyir
Əgər Zəngəzura nəzarət etsə, Moskva Ermənistanı yenidən orbitinə sala bilər.
Əfqanıstan bataqlığı, Rusiya Ukraynada batır
ABŞ Əfqanıstanda uzun müddət qalaraq siyasi və hərbi bataqlıqda ilişdi. Bundan öncə SSRİ eyni aqibəti yaşamışdı. Doğrudur, əfqanıar xalq olaraq bu imperiyaların qurbanı oldu, amma imperiyalar da itirdi.
İndi eyni aqibəti Rusiya Ukraynada yaşayır:
Ukrayna hərbi cəhətdən müqavimət göstərir, Qərb dəstəyi artmaqdadır.
Rusiyanın itkiləri 500 min nəfəri keçib.
Bu, həm siyasi, həm iqtisadi, həm də mənəvi tənəzzülə səbəb olub.
Diplomatiyada, orduda və dayanıqlılıqda Azərbaycan
Diplomatik güc
Azərbaycan balanslaşdırılmış, praqmatik və çoxvektorlu xarici siyasət yürüdür. Həm Türk dünyası, həm Avropa, həm də İslam aləmi ilə eyni vaxtda əməkdaşlıq edir.
Ordu
Qələbə ilə bitən Vətən Müharibəsi Azərbaycan Ordusunun həm texnoloji, həm də strateji baxımdan yüksək səviyyəyə çatdığını sübut etdi.
İqtisadi və enerji gücü
TAP və TANAP kimi layihələr, neft və qaz ehtiyatları Azərbaycanın iqtisadi müstəqilliyini və təsir gücünü artırır.
Yeni Dünyanın Mərkəzi, Azərbaycan?
Dünya siyasəti yenidən formalaşır. Güclərin tarazlığı dəyişir. Bu tarazlıqda Azərbaycan artıq müşahidəçi deyil, oyunçudur.
Zəngəzurla Avrasiyanı birləşdirir,
Xankəndi ilə dövlət suverenliyini bərpa edir,
Diplomatiya ilə regionu sülhə, iqtisadi yüksəlişə aparır.
Paradoks odur ki, guya dünya bir yandan qloballaşır. O biri yandan içə param-parça edilir. Belə dünyada Azərbaycanın yeri və rolu perspektivlidir.
Modern Təhlil və Araşdırma Qrupu
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.