"Kəpəz" heyətinə daha bir futbolçu qatıb. Metbuat.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.Portuqaliyalı Pedro Qomes bölgə klubuna transfer olunub.Mərkəz müdafiəçisi ilə 2 illik müqavilə imzalanıb.Qeyd edək ki, 22 yaşlı oyunçunun son klubu vətənində "Boavişta" olub.