EN

İmad Faraj “Neftçi”də - 700 min avroluq transfer rəsmiləşdi

Kiprin AEK (Larnaka) klubunun fransalı sağ vingeri İmad Faraj bundan sonra karyerasını “Neftçi”də davam etdirəcək.

Arena.az bu barədə paytaxt klubunun rəsmi saytına istinadən xəbər verir.

Əslən Mərakeşdən olan 26 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.

Fransada dünyaya göz açmış İmad Faraj bu ölkənin “Lill” klubunnu yetirməsidir. O, karyerası ərzində “Belenenseş” və “Muskron” komandalarında da forma geyinib. 2021-ci ildən AEK-də çıxış edən vinger bu komandada 158 oyuna 23 qol vurub, 23 məhsuldar ötürmə müəllifi olub. Futbolçu sonuncu klubu AEK-lə Kipr kubokunun qalibi olub.

Fransanın U-16, U-17, U-18 və U-19 yığmalarında oynamış Faraja sonradan əsas millidə ehtiyac duyulmayıb.

Xatırladaq ki, Farajın AEK-lə 2026-cı ilin 30 iyununa kimi müqaviləsi mövcud idi. Bu üzdən “Neftçi” Larnaka klubuna 700 min avro ödəyib.

“Transfermarkt” internet-portalı 26 yaşlı vingerin transfer dəyərini 1 milyon avro məbləğində qiymətləndirir.

Sonda onu da xatırladaq ki, “Neftçi”nin Farajı transfer etməyə hazırlaşdığı barədə daha öncə xəbər vermişdik.

“Neftçi” daha öncə Sessi D’Almeyda, Luis Ortis, Murad Xaçayev, Elvin Bədəlov və İqor Ribeyro ilə də müqavilə bağlamışdı. Yeqor Boqomolski, Azər Əliyev, Azər Salahlı, Yuri Matias, Rəhman Hacıyev, Höccət Haqverdi, Rüstəm Samiqullin, Robert Bauer, Rafael Quzzo, Həbib İsmayılov, Dembo Darbo və Filip Ozobiç paytaxt klubunu tərk ediblər. Emil Balayevlə isə yeni müqavilə imzalanıb.

Chosen
26
10
arena.az

10Sources