EN

Zəngəzur dəhlizi ilə bağlı birgə səylərimiz türk dünyası üçün tarixi prosesdir

İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısında xüsusilə Zəngəzur dəhlizi ilə bağlı birgə səylərimiz ölkəmiz və türk dünyası üçün tarixi prosesdir.

Viral.az xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin müavini Kürşad Zorlu “X”dəki hesabında yazıb.

O, qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısında iştirak üçün Azərbaycana səfəri zamanı regional hadisələrlə bağlı çox mühüm təmaslar və qiymətləndirmələr aparılıb.

Son Yazılar:

“Prezidentimizin qeyd etdiyi kimi, Azərbaycana təkcə dostluq deyil, həm də qardaşlıq bağı ilə bağlayan “İki dövlət, bir millət” şüarı təsadüfi ifadə deyil. Bunu tarix boyu dəfələrlə sübut etmişik. Şübhəsiz, bunun ən böyük təzahürlərindən biri ən kritik anda çiyin-çiyinə dayanmağımızdır. Dövlət başçımızın və Azərbaycan Prezidenti cənab İlham Əliyevin yan-yana dayanması bu qardaşlığın, qarşılıqlı dəstəyin beynəlxalq aləmdə ritorikadan əlavə, həm də fəaliyyətlə nümayiş etdirilməsinin sübutudur”, – o yazıb.

K.Zorlu bildirib ki, Zəngəzur dəhlizi təkcə Azərbaycan üçün deyil, bütün region üçün yeni imkanlar açacaq: “Ona görə də biz bu xətti təkcə geosiyasi deyil, həm də geoiqtisadi inqilabın bir hissəsi kimi görürük. Zəngəzur dəhlizinin açılışı həm də türk dünyasını yaxınlaşdıracaq Orta Dəhliz üçün strateji inkişaf olacaq. Dəhliz açılanda türk malları Xəzərdən keçərək Orta Asiyaya və Çinə daha sürətlə çatacaq, Avropadan Çinə gedən mallar da Türkiyədən keçməyə başlayacaq. Biz Türkiyə olaraq Prezidentimizin rəhbərliyi ilə bu məqsədə doğru əzmlə irəliləməyə davam edəcəyik”.

Chosen
41
50
viral.az

10Sources