Milyarder, bir müddət ABŞ Hökumətinin Səmərəliliyi Departamentinə rəhbərlik etmiş İlon Mask siyasi partiya yaratdığını elan edib.
Senzor.az bildirir ki, bu barədə sahibkar “X” sosial şəbəkəsindəki hesabında yazıb.
Mask ABŞ-ın təkpartiyalı sistemə malik olduğunu vurğulayıb.
"Siz yeni siyasi partiya istəyirdiniz və o partiya olacaq. Ölkəmizin həddindən artıq xərcləmələr və rüşvətxorluq səbəbindən müflisləşdiyi bir şəraitdə belə çıxır ki, biz demokratiya deyil, təkpartiyalı sistemdə yaşayırıq. Bu gün "Amerika" partiyası sizə azadlığınızı qaytarmaq üçün yaradılıb", - o yazıb.
Bundan əvvəl Mask öz səhifəsində səsvermə keçirərək, oxuculara “Amerika” partiyası yaratmalıyıqmı?” sualını verib. Sorğuda 1,2 milyondan çox istifadəçi iştirak edib, onların 65,4 faizi yeni partiyanın yaradılmasına səs verib.