EN

“Real” 23 illik rekordu yenilədi

“Real” klublararası dünya çempionatının 1/4 finalında Dortmund “Borussiya”sı ilə qarşılaşıb və 3:2 hesablı qələbə qazanıb.

Publika.az xəbər verir ki, bu qarşılaşma Madrid klubu üçün 2024/25 mövsümündə 67-ci oyun olub. İspaniyanın futbol statistikasına dair məlumatlar toplayan bloqer Pedro Martinin verdiyi xəbərə görə, bu göstərici sözügedən ölkənin klubları tarixində yeni rekorddur və “kral klubu” turnirdə yoluna davam etdiyi üçün bu rəqəm artacaq.

Qeyd edək ki, daha əvvəlki rekord da “Real”a məxsus idi. 2001/02 mövsümündə komanda 66 oyun keçirmişdi. 1999/2000 mövsümündə bu göstərici 65, 2009/10 mövsümündə “Atletiko” üçün və 2011/12 mövsümündə “Barselona” üçün isə 64 matç olmuşdu.

Chosen
14
50
publika.az

10Sources