“Everton” futbolçusu ilə müqaviləni yeniləyib.
"Football-plus.az" xəbər verir ki, premyer-liqa təmsilçisi Cerred Brantueytin sözləşməsinin müddətini uzadıb. Bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.
İngiltərə U-21 millisinin üzvü ilə müddəti 2030-cu ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb.
Cerred “Everton”da 2020-ci ilin yanvar ayından çıxış edir. 23 yaşlı mərkəz müdafiəçisi ötən mövsüm komandanın heyətində meydana çıxdığı 33 rəsmi matçda 1 məhsuldar ötürmə edib.