"Arsenal" müdafiəçi Takehiro Tomiyasu ilə yollarını ayırıb.
90deqiqe.Az klubun rəsmi saytına istinadən məlumatına görə, 26 yaşlı futbolçu ilə müqavilə qarşılıqlı razılıq əsasında ləğv edilib.
Klub Takehiro Tomiyasuya komandaya verdiyi töhfəyə görə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.
Yaponiya millisinin üzvü son dövrlər zədələrlə mübarizə aparıb və ötən mövsümdə yalnız bir oyun keçirib. Fevralda Tomiyasu əməliyyat olunub və payızda tam sağalacağı gözlənilir.
"Kanonirlər"in heyətində 84 rəsmi matça çıxan futbolçu 2 qol vurub, 6 məhsuldar ötürmə ilə yadda qalıb.