AZ

Yapon müdafiəçi “Arsenal”dan ayrıldı

sport24.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Arsenal"ın müdafiəçisi Takehiro Tomiyasu klubu tərk edib. Sport24.az xəbər verir ki, bu barədə "topçular"ın mətbuat xidməti məlumat yayıb.

Tərəflər qarşılıqlı razılıq əsasında müqaviləyə xitam veriblər.

Qeyd edək ki, 26 yaşlı yapon 2021-ci ildən londonluların şərəfini qoruyur. O, "Arsenal"ın heyətində 84 oyun keçirib, 2 qol vurub və 6 məhsuldar ötürmə edib. Zədə səbəbindən müdafiəçi cəmi 1 matçda iştirak edərək ötən mövsümün böyük hissəsini buraxıb.

Tomiyasu əvvəllər "Bolonya", Belçikanın "Sent-Truden" və Yaponiyanın "Avispa Fukuoka" klublarında çıxış edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
8
50
sport24.az

10Mənbələr