EN

Almaniyada yarışda xoşagəlməz hadisə – 10 nəfər xəsarət aldı

BAKI, 6 iyul. TELEQRAF

Almaniyada velosiped idmanı üzrə yarışda xoşagəlməz hadisə baş verib.

Teleqraf “Bild” nəşrinə istinadən xəbər verir ki, yarış zamanı iki idmançı hasarın üstündən uçaraq, tamaşaçı kütləsinə çırpılıb.

Məlumata görə, hadisə nəticəsində 10 nəfər xəsarət alıb.

Düdenhofendə keçirilən yarışı zamanı velosipedçilərin təxminən 60 km/saat sürətlə hərəkər etdikləri bildirilir.

İki tamaşaçı ağır yaralanıb və helikopterlə xəstəxanaya aparılıb.

Chosen
16
50
teleqraf.com

10Sources