Goranboy rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Viral.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində baş verib.
Hərəkətdə olan minik avtomobili idarəetməni itirərək yolun kənarındakı dəmir arakəsməyə çırpılıb. Elə həmin vaxt qəza yerinə yaxınlaşan iki digər minik avtomobili də bir-biri ilə toqquşub.
Son Yazılar:
- Goranboyda eyni anda iki qəza baş VERDİ
- Con Duran “Fənərbaxça”da
- Qızlardan ibarət basketbolçularımız Litvaya məğlub OLDU
Nəticədə avtomobillərə ciddi ziyan dəyib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub, araşdırma aparılır.