Qazax-Bakı magistralının Goranboy rayonu ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, magistralın Borsunlu qəsəbəsindən keçən ərazisində hərəkətdə olan “Toyota Land Cruiser Prado” markalı avtomobilin sürücüsü idarəetməni itirməsi nəticəsində maşın yol kənarındakı maneəyə çırpılıb.
Qəza zamanı avtomobilə ciddi ziyan dəyib. Sürücünün xəsarət alaraq xəstəxanaya aparıldığı bildirilir. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu