Arda Turanın çalışdırdığı "Şaxtyor" 2-ci yoldaşlıq oyununu keçirib.

Offsideplus.az xəbər verir ki, Donetsk təmsilçisi Çexiyanın "Slovaçko" klubu ilə üz-üzə gəlib. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

"Şaxtyor"un yeganə qolunu 20 yaşlı Neverton Palmares vurub.

A. Turanın yetirmələri ilk matçda "Qoritsa"nı 2:1 hesabı ilə məğlub etmişdilər. 

Qeyd edək ki, Ukrayna klubunun növbəti oyunu Avropa Liqasının 1-ci təsnifat mərhələsində "İlves"ə qarşı olacaq. Görüş iyunun 10-da baş tutacaq.