AZ

"Neftçi" İmad Farajın transferini rəsmiləşdirib

Bakı. Trend:

"Neftçi" klubu Kiprin AEK komandasında çıxış edən sağ cinahvingeri İmad Farajın transferini tamamlayıb.

Trend xəbər verirki, əslən Mərakeşdən olan, Fransada doğulan və Fransavətəndaşlığına malik 26 yaşlı futbolçu ilə 2+1 illik müqaviləimzalanıb.

İmad Faraj Fransanın U19 millisində çıxış edib və karyerasıərzində 254 oyunda 36 qol, 32 assistlə yadda qalıb. O, geridə qalanmövsümdə AEK heyətində 40 rəsmi matçda iştirak edib, 7 qol vurub və7 məhsuldar ötürmə ilə fərqlənib.

Artıq iki gündür Bakıda olan futbolçunun sabahdan etibarən"Neftçi"nin məşqlərinə qoşulacağı bildirilib.

Seçilən
4
6
az.trend.az

10Mənbələr