AZ

“Kəpəz” müdafiəçisini qaytardı

“Kəpəz” yeni futbolçu transferini açıqlayıb.

Msport.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Şakir Seyidov növbəti dəfə bölgə klubunda çıxış edəcək. Müdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, oyunçu 2023-24 mövsümündə də “Kəpəz”in formasını geyinib. Həmin dövrdə “Sabah”dan icarəyə götürülmüş futbolçu 28 matçda 1 qola imza atıb. Seyidovun son klubu da “Sabah” olub.

Seçilən
5
50
msport.az

10Mənbələr