AZ

Şakir Seyidov yenidən “Kəpəz”də

Bu yay “Sabah”ı azad agent kimi tərk etmiş Şakir Seyidov bundan sonra yenidən “Kəpəz”in uğurları üçün çalışacaq.

Arena.az bu barədə Gəncə klubunun rəsmi saytına istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, müdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

Xatırladaq ki, oyunçu 2023/2024-cü illər mövsümündə də “Kəpəz”in formasını geyinib. Həmin dövrdə “Sabah”dan icarəyə götürülmüş futbolçu 28 matçda 1 qola imza atıb.

Şakir Seyidov “Sabah”ın yetirməsidir. O, geridə qalmış 2024/2025-ci illər mövsümündə bu komandanın heyətində 11 oyuna çıxsa da, fərqlənə bilməyib. 24 yaşlı futbolçunun paytaxt klubundakı ümumi statistikası 60 oyun, 2 qol və 2 məhsuldar ötürmədən ibarətdir.

“Sabah” Seyidovu vaxtilə “Turan Tovuz”a, “Kəpəz”ə və Latviyanın “Dauqavpils” klublarına da icarəyə verib.

Şakir Seyidov Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında çıxış etsə də, əsas millimizdə debüt şansı qazanmayıb.

Bu, “Kəpəz”in yeni mövsüm öncəsi ilk transferidir. Gəncə klubu daha öncə Mahamadu Ba və Paçu Lira ilə yeni müqavilə bağladığını açıqlamışdı. Trent Buhaqyar, Yeqor Xvalko, Rati Ardazişvili, Kərim Lkuça, Dioqo Verdaska, Rojerio Santos, Valdemar Almeyda, Tural Rzayev, Turan Manafov, Nicat Süleymanov və Camal Cəfərov isə komandanı tərk ediblər.

Seçilən
5
3
arena.az

10Mənbələr