Idman.biz portalından verilən məlumata görə, ain.az xəbər yayır.
UEFA Avropa Liqasının I təsnifat mərhələsində Sloveniya "Selye"si ilə qarşılaşacaq "Sabah"ın cinah müdafiəçisi Boyan Letiç yeni baş məşqçi Valdas Dambrauskasın rəhbərliyi altında başa vurduqları Avstriya toplanışını dəyərləndirib.
İdman.biz xəbər verir ki, 33 yaşlı bosniyalı fikirlərini Fanat.Az-a bölüşüb.
Legioner Avstriya toplanışının çox yaxşı keçdiyini bildirib: "Təlim-məşq toplanışı ərzində hər məşqə maksimum motivasiya və diqqətlə yanaşırdıq, yeni mövsümdə özümüzü sübut etmək üçün tam həvəslə çalışdıq. “Rapid” və “Pakş”la oyunlara gəlincə, hücum baxımından yaxşı idik. Sadəcə, müdafiədə daha yaxşı olmalıyıq. Komandada yeni futbolçular var və hər şey dərhal mükəmməl ola bilməz. Əsas olan addım-addım irəliləməkdir. İnanıram ki, məqsədimizə çatacağıq. Hələ də bütün parçaları yerinə oturtmaq, oyunçular arasındakı əlaqəni daha da gücləndirmək üçün işləməliyik və əminəm ki, hər şey lazım olduğu kimi olacaq. Baş məşqçinin baxış tərzi xoşuma gəlir. İnanıram ki, bu yol bizi uğura aparır".
Qeyd edək ki, "Sabah" Avstriya toplanışı çərçivəsində iki sınaq matçına çıxıb. "Çəhrayı-qaralar" Rumıniya "Rapid"i ilə 2:2, Macarıstan "Pakş"ı ilə 3:3 hesablı bərabərliyə razılaşıblar. Masazır təmsilçisi "Sele" ilə ilk görüşünü iyulun 10-da evdə, cavab matçını isə iyulun 17-də səfərdə keçirəcək.
İdman.biz
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.