EN

"Real Madrid" çempion olarsa, oyunçulara rekord məbləğdə mükafat veriləcək

"Real Madrid" prezidenti Florentino Peres, klublararası dünya çempionatında uğur qazanmaq məqsədilə komanda daxilində motivasiya tədbirlərini gücləndirib.

90deqiqe.Az-ın məlumatına görə, klub rəhbəri, turnirdə çempionluq əldə olunacağı təqdirdə, hər bir futbolçuya 1 milyon avro məbləğində mükafat veriləcəyini açıqlayıb.

Bu təşəbbüs klubun zəif keçən 2024/25 mövsümündən sonra müsbət dönüş yaratmaq niyyətinin bir hissəsidir. Məlum olduğu kimi, Madrid təmsilçisi bu mövsüm heç bir titul qazana bilməmiş və baş məşqçi Karlo Ançelotti ilə yollarını ayıraraq sükanı Xabi Alonsonun ixtiyarına vermişdi.

Yeni baş məşqçi ilə yola davam edən “Real Madrid”, FIFA Kulüblər Dünya Çempionatının yarımfinal mərhələsində Fransa nəhəngi PSJ ilə qarşılaşacaq. Komanda bu görüşdən qalib ayrılacağı təqdirdə, finalda “Çelsi” – “Fluminense” cütünün qalibi ilə üz-üzə gələcək.

Hazırda "Real Madrid" turnirdə 72.89 milyon avro gəlirlə ən çox qazanan komanda hesab olunur.

Chosen
10
10
90deqiqe.az

10Sources