EN

Qeyri-rəsmi nikahdan doğulan uşaqların sayının bölgələrdə çoxluğunun səbəbi nədir?VİDEO

Azərbaycanda qeyri-rəsmi nikahdan doğulan uşaqların sayı qorxuducu həddədir.

Xezerxeber.az xəbər verir ki, ötən il rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən 13 min 228 uşaq doğulub.

Bu barədə məlumat Dövlət Statistika Komitəsinin "Azərbaycan rəqəmlərdə" adlı qısa məcmuəsində əks olunub. Qeyd edilib ki, bu uşaqların 5 158-i şəhərdə, 8 070-i isə kəndlərdə dünyaya gəlib. Məlumata əsasən, bu rəqəm diri doğulan uşaqların ümumi sayının 12,9 faizini təşkil edib. Kənd yerlərində belə hallar daha çoxdur.

Sosioloq bildirir ki, yaxın qohumlar arasında nikahın qadağan olunması qanunu belə halların azalmasına gətirib çıxaracaq. Lakin nikahdankənar evliliklər məsələsində qanunvericilik daha da sərtləşdirilməldir. Çünki nikahdankənar doğulan uşaqlar problemi sonradan çox böyük sosial fəsadlarla nəticələnir.

O, vurğulayır ki, bütün bu problemlərin birdəfəlik qarşısını almaq üçün yaxşı olardı ki, nikah müqaviləsi ölkədə icbari xarakter daşısın.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Chosen
2
3
xezerxeber.az

10Sources