EN

Azərbaycan yığması Avropa ikincisi oldu

İtaliyanın Kaorle şəhərində keçirilən U20 Avropa çempionatına yekun vurulub.

Futbolpress.az xəbər verir ki, sərbəst güləş üzrə millimiz qitə birinciliyində 5 medal qazanıb. Komandamız 1 qızıl, 2 gümüş və 2 bürünc medalla 133 xal toplayıb və Avropa ikincisi olub. Gürcüstan (164) birinci, Ukrayna (81) isə üçüncü yeri tutub.

Xatırladaq ki, böyük məşqçi Arif Abdullayev, məşqçilər Rövşən Hacıyev və Əşrəf Əliyevin rəhbərliyi altında Vasif Bağırov (57 kq) qızıl, Muradxan Omarov (79 kq) və Yusif Dursunov (125 kq) gümüş, Omar Gülməmmədovla (74 kq) Anar Cəfərli (92 kq) isə bürünc medal qazanıb.

Chosen
14
50
futbolpress.az

10Sources