EN

“Neftçi”də şok ayrılıq – Samir Abasov Ramil Şeydayevi yola saldı!

“Neftçi”nin baş məşqçisi Samir Abasov heyətdə görmək istəmədiyi daha bir futbolçudan yaxa qurtarıb. Söhbət Ramil Şeydayevdən gedir!

“Football-plus.az”ın əldə etdiyi məlumata görə, paytaxt təmsilçisi 29 yaşlı hücumusuyla qarşılıqlı razılıq əsasında yollarını ayırıb. Onunla müddəti 2027-ci ilə qədər nəzərdə tutulan müqaviləyə vaxtından əvvəl xitam verilib.

Xatırladaq ki, Ramil ötən ilin yayından “Neftçi”nin şərəfini qoruyurdu. Rəsmi olmayan məlumata görə, onun “ağ-qaralar”dan aldığı illik məvacib 550 min dollar idi.

KƏNAN BAHADIR

Chosen
27
50
football-plus.az

10Sources