EN

Britaniya İranı özünün ən böyük təhdidlərindən biri hesab edib

Britaniya İranı milli təhlükəsizliyinə ən böyük təhdidlərdən biri adlandıracaq...

Poliqon xəbər verir ki, bu barədə “The Daily Telegraph” Böyük Britaniya Parlamentinin Kəşfiyyat və Təhlükəsizlik Komitəsinin əldə etdiyi məxfi hesabata istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, iki il ərzində hazırlanan 100 səhifəlik sənəddə İran xüsusi xidmət orqanlarının Britaniyada dissidentləri fiziki şəkildə məhv etmək cəhdləri barədə nəticə də yer alacaq. Britaniya kəşfiyyatının xidmətində olan iranlı mütəxəssislərlə müsahibələr və məxfi sənədlərin tədqiqi əsasında hazırlanan hesabatın müəllifləri İrandan olan hakerlərin Britaniya şirkətlərinə vurduğu zərərdən də danışacaqlar.

Qeyd edək ki, iyun ayında Böyük Britaniyanın Milli Təhlükəsizlik Strategiyası nəşr olundu, bu strategiyada Britaniyanın öz ərazisində mümkün müharibəyə fəal şəkildə hazırlaşması göstərilir. Sənəddə qeyd olunur ki, Britaniya üçün belə bir təhlükə uzun illərdən sonra ilk dəfə olaraq ortaya çıxıb.

Poliqon.info 

Chosen
16
19
poliqon.info

10Sources