16 yaşadək oğlan basketbolçulardan ibarət millimiz Avropa çempionatı C divizionunda ikinci oyununu keçirib.
"Football-plus.az" xəbər verir ki, Albaniyanın evsahibliyi etdiyi B qrupda yer alan komandımız bu dəfə Andorra basketbolçularına 42:52 hesabı ilə məğlub olub.
Milli yarışın ilk oyununda San Marinoya 105:60 hesabı ilə qalib gəlmişdi.
Qeyd edək ki, komandamız iyulun 9-da Lüksemburq (19.00), 10-da isə Cəbəllütariq (23.30) basketbolçuları ilə qarşılaşacaq.