EN

KONKAKAF Kubokunun qalibi bəlli oldu – VİDEO

KONKAKAF Kubokunun final matçı keçirilib.

Bizim.Media xəbər verir ki, ABŞ və Meksika komandaları arasında keçirilən görüş meksikalıların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
 

Qalib komandanın qollarını 27-ci dəqiqədə hücumçu Raul Ximenes və 78-ci dəqiqədə yarımmüdafiəçi Edson Alvares vurub. ABŞ yığmasının yeganə qolunun müəllifi isə 4-cü dəqiqədə müdafiəçi Kris Riçards olub.


Qeyd edək ki, Meksika yığması tarixdə rekord sayda - 10-cu dəfə KONKAKAF Kubokunu qazanıb.


Bizim.Media

Chosen
27
19
bizim.media

10Sources