EN

Ermənistanın mina təhlükəsi regional təhlükəsizliyə təhdiddir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev carı ilin 4 iyul  tarixində Xankəndi şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşündəki çıxışında qeyd etmişdir ki, Ermənistan Azərbaycan ərazilərinin 20 faizini 30 ilə yaxın bir müddətdə işğal altında saxlamış, etnik təmizləmə həyata keçirmiş, bir milyondan artıq soydaşımızı öz dədə-baba torpağından didərgin salmışdır. 

Ancaq Böyük Zəfər nəticəsində ölkəmiz ərazi bütövlüyü və suverenliyini tam bərpa edərək, işğaldan azad edilmiş bütün Qarabağ və Şərqi Zəngəzurda hazırda genişmiqyaslı bərpa-quruculuq işlərini aparır. Çox təəssüf ki, bu işlərin ardıcıl formada və təhlükəsiz şəraitdə həyata keçirilməsi üçün ən ciddi maneələrdən biri bizim ərazilərimizdə ermənilər tərəfindən bir milyondan çox minanın basdırılmasıdır. Vətən müharibəsindən sonra bu günə qədər 400-ə yaxın soydaşımız mina partlaması nəticəsində həlak olub və ya ağır yaralanıb. Ermənistan tərəfindən minalanmış sahələrin xəritələrinin ölkəmizə təqdim edilməməsi və hətta verilən xəritələtin həqiqi vəziyyəti əks etdirməməsi beynəlxalq humanitar hüquqda təşəkkül tapmış mülki əhali ilə hərbi hədəflərin fərqləndirilməsi və mütənasıblik prinsiplərini açıq-aşkar pozaraq, müharibə cinayəti kimi tövsüf edilməlidir.

Azərbaycanın üzləşdiyi humanitar fəlakət təkcə ölkəmizə deyil, eyni zamanda, beynəlxalq sülhə və regional təhlükəsizliyə ciddi təhdiddir və onun qarşısının alınması, minalarla çirklənmənin ətraf mühitə mənfi təsirinin azaldılması bütövlükdə beynəlxlaq birliyin dəstəyini və irimiqyaslı maliyyə resurslarının cəlb olunmasını tələb edir. Mina təhlükəsinin aradan qaldırılması yüzlərlə insan həyatını xilas etməyə, işğaldan azad olunan ərazilərdə quruculuq işlərinin surətlə həyata keçirilməsinə, məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıtmasına imkan yaradacaq.

Nizami Səfərov, 
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
9
21
olaylar.az

10Sources