EN

Növbəti ildə 89 məktəbdə yeni peşə təmaüllü siniflər açılacaq

2025–2026-cı tədris ilində peşə təmayüllü siniflər daha 89 ümumi təhsil müəssisəsində tətbiq olunacaq. Bu barədə Elm və Təhsil Nazirliyinin 2024-2025-ci tədris ilinə dair hesabatında yer alıb.

Genişlənmə nəticəsində bu siniflərdə təhsil alan şagirdlərin sayının 10 000-i keçəcəyi gözlənilir.

2024-cü ildə peşə təmaüllü siniflərin sayı 53 məktəb artırılaraq 249 təhsil müəssisəsində icra olunub. 

Təqdim olunan hesabata görə, layihə hazırda 1087 müəllim və 7000-dən çox şagirdi əhatə edir.

Layihə peşə təhsili imkanlarının genişləndirilməsi və şagirdlərin əmək bazarına hazırlıq səviyyəsinin artırılması məqsədi daşıyır.

Gülnar Nazimqızı 

Chosen
10
3
anews.az

10Sources