BAKI, 7 iyul. TELEQRAF
2024–2025-ci tədris ilində ölkə ərazisində fəaliyyət göstərən inklüziv siniflərin sayı açıqlanıb.
Teleqraf xəbər verir ki, bu, Elm və Təhsil Nazirliyinin illik hesabatında əksini tapıb.
Qeyd olunub ki, 2024–2025-ci tədris ilində Bakı şəhəri üzrə 33, Abşeron rayonu üzrə 3, Sumqayıt şəhəri üzrə 5, Şəki şəhəri üzrə 2, Biləsuvar rayonu üzrə 1, Şirvan şəhəri üzrə 2, Qusar rayonu üzrə 1, Şabran rayonu üzrə 1, Göygöl rayonu üzrə 1, Beyləqan rayonu üzrə 1, Saatlı rayonu üzrə 1, Mingəçevir şəhəri üzrə 3, Qazax rayonu üzrə 3, Tovuz rayonu üzrə 2, Şamaxı şəhəri üzrə 1, İmişli rayonu üzrə 2, Gəncə şəhəri üzrə 3, Xaçmaz rayonu üzrə 1, Qəbələ rayonu üzrə 1, Quba rayonu üzrə 1, Zəngilan rayonu üzrə 1 olmaqla ümumilikdə 67 ümumi təhsil müəssisəsində inklüziv siniflər fəaliyyət göstərib.