BAKI, 7 iyul. TELEQRAF
2025-ci ildə işğaldan azad edilmiş ərazilərdə 2400-dən çox şagird təhsilə cəlb olunub.
Teleqraf xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin 2024-2025-ci il tədris ilinə dair hesabatında bildirilib.
Qeyd olunub ki, Böyük Qayıdış üzrə I Dövlət Proqramı 2025-ci ildə işğaldan azad edilmiş ərazilərdə 2400-dən çox şagird və 284-dək təhsilverən daxil olmaqla 14 ümumi təhsil müəssisəsi, 209 uşaq və 20 təhsilverən daxil olmaqla 6 məktəbəqədər təhsil müəssisəsi fəaliyyətə başlayıb.