EN

"Çelsi"nin başı dərddə: Bu qədər satış olmasa...

“Çelsi” klubu 2025/26 mövsümündə Çempionlar Liqasına yeni transferlərini qeydiyyatdan keçirməkdə çətinliklə üzləşə bilər.

Publika.az xəbər verir ki, bu barədə “The Times” nəşri məlumat yayıb.

Mənbənin sözlərinə görə, klub UEFA-nın maliyyə ədalətli oyun qaydalarına əməl etmək üçün yay transfer dönəminin sonunadək azı 60 milyon avroluq satış həyata keçirməlidir. Əks halda, yeni futbolçuların turnirdə iştirakı mümkünsüz olacaq.

Qeyd edək ki, yay fasiləsində “Çelsi” heyətinə artıq bir neçə oyunçu cəlb edib. Bunlar Ceymi Bayno-Qittens, Joao Pedro, Liam Delap, Mamadu Sarr, Mayk Penders, Estevao və Dario Essuqodur. Klub eyni zamanda “Vest Hem”in qanalı vingeri Məhəmməd Kudusla da maraqlanır.

Chosen
32
31
publika.az

10Sources