"Fənərbağça" klubu heyətini 36 yaşlı Aleksis Sançeslə gücləndirmək istəyir.
Milli.Az xəbər verir ki, "sarı-lacıvərdlilər" çilili futbolçuya 4 milyon avrodan 1+1 illik müqavilə təklif edib. O, mövsümdə 15 qolun vurulmağında birbaşa iştirak edərsə, müqaviləsi avtomatik olaraq 1 il uzadılacaq.
Bu barədə İtaliyanın "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.
Futbolçuya həmçinin İtaliyanın Friuli bölgəsindəki üzüm bağlarına nəzarət etmək üçün şəxsi təyyarə də veriləcək.
Sançes hazırda "Udineze"də çıxış edir. Onun klubla 1 illik müqaviləsi qalıb. /Offsideplus.az
Milli.Az