Azərbaycanlı caz ifaçısı, gənc vokal istedadı Albina Pyakşeva faciəvi şəkildə həyatını itirib.
Ulusal.az bildirir ki, bu barədə Bakı Caz Festivalının direktoru Leyla Əfəndiyeva sosial şəbəkə paylaşımında xəbər verib.
O bildirib ki, 1993-cü il təvəllüdlü Albina Pyakşeva ABŞ ilə Meksika arasındakı sərhəd-keçid məntəqəsini keçməyə çalışarkən öldürülüb.
Xatırladaq ki, Albina Pyakşeva Bakı Caz Festivalının “I am Jazzman” adlı müsabiqəsində finala yüksəlmişdi və “Səs Azərbaycan” layihəsində çıxışı ilə tamaşaçıların rəğbətini qazanmışdı.
İfaçının ölümünün səbəbləri və hadisənin detalları hələlik açıqlanmayıb.