AZ

Dövlət Simli Kvartetinin Kamera musiqisi axşamı adlı özünəməxsus konserti baş tutub FOTO

Milli.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Kamera və Orqan Musiqisi Zalının səhnəsində Azərbaycan Dövlət Simli Kvartetinin "Kamera musiqisi axşamı" adlı özünəməxsus konserti baş tutub.Proqramda D.Şostakoviç 8 saylı simli kvartet c-moll (op.110) və F.Əlizadə "Muğamsayağı" əsərləri səslənib.

Qeyd edək ki, kvartetin davamlı olaraq bir-birinin ardınca maraqlı proqram təqdim etməsi  diqqətəlayiqdir. İfa edilən hər bir əsərdə səslərin ahəngi, musiqi materialının dinləyiciyə dolğun şəkildə çatdırılması və kvartetin hər bir üzvünün özünəxas səhnə mədəniyyəti ifaçıların peşəkarlığının göstəricisidir.Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadənin muğam ilə müasir musiqi intonasiyalarının vəhdət şəklində təqdim olunduğu simli kvartet, zərb alətləri və sintezator (maqnit lenti) üçün yazılmış "Muğamsayağı" (1993) əsərinin səslənməsi isə dinləyicilərə böyük zövq bəxş etdi. Əsərdə Şərq-Qərb sintezi çox maraqlı tərzdə öz əksini tapıb. Musiqidəki dərin fəlsəfi psixoloji aləm, təzadlılıq, improvizə xüsusiyyətləri  və eyni zamanda meditativ səslənmə ifaçılar tərəfindən yüksək ustalıqla ifa olundu. Kvartet üzvlərinin əsər boyu müxtəlif bölmələrdə zərb alətlərində (tam-tam və üçbucaq) də ifa etməsi akustik və səhnə görünüşü baxımından olduqca maraqlı və təqdirəlayiq idi.Bu kvartetə eyni zamanda yeni səs imkanları qazandırdı. Fəlsəfi məna kəsb edən bu əsər violonçelin solosu ilə başlayaraq, həmin solo intonasiya ilə tamamlandı.Ümumilikdə kvartetin ifası muğam üçlüyünə xas ahəngli səslənməni yaratdı.Sonda qonaq qismində iştirak edən bəstəkar F.Əlizadə kvartetin hər bir üzvünü təbrik edərək, onlara öz təşəkkürünü bildirdi.Beləliklə maraqlı "Kamera musiqisi axşamı" böyük anşlaqla yekunlaşdı.Qeyd etmək lazımdır ki, Azərbaycan Dövlət Simli Kvarteti 1998-ci ildə yaradılıb.

epertuarı Azərbaycan və xarici bəstəkarların klassik və çağdaş əsərləri ilə zəngindir.

Simli kvartetin tərkibi Respublika və beynəlxalq müsabiqələr laureatı Nəzrin Aslanlı (I violin), Xəyalə Abdullayeva (II violin), Azərbaycan Respublikasının Əməkdar artistləri Vaxtanq İmanov (viola) və Aleksey Miltıx (violonçel) kimi dəyərli ifaçılardan ibarətdir.İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
13
news.milli.az

10Mənbələr