EN

Hindistanda sel nəticəsində ölənlərin sayı 78-ə çatıb

Hindistanda

Hindistanın şimalındakı Himaçal-Pradeş əyaləti iyunun 20-dən bəri musson yağışlarının təsiri altındadır.

Xalqcəbhəsi.az “Anadolu” Xəbər Agentliyinə istinadla bildirir ki, əyalətdə güclü yağışların səbəb olduğu sel və torpaq sürüşmələrində ölənlərin sayı 78-ə, yaralıların sayı isə 121-ə yüksəlib. 243 yolun bağlandığı əyalətin müxtəlif bölgələrində axtarış-xilasetmə işləri davam edir.

Hindistan Meteorologiya İdarəsi (IMD) Himaçal-Pradeş üçün xəbərdarlıq edərək güclü yağışların iyulun 9-dək davam edəcəyini bildirib.

Qeyd edək ki, iyun-sentyabr aylarında Cənubi Asiyada təsirli olan musson yağışları, xüsusilə Hindistanda hər il böyük təbii fəlakətlərə və qəzalara səbəb olur.

Chosen
14
18
xalqcebhesi.az

10Sources