AZ

Masazırda mənzil alan sakinlər aldadıldı: Şirkət sahibi telefonlara cavab vermir

BAKI, 7 iyul. TELEQRAF

Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid 108 ünvanında dördmərtəbəli yeni tikilən binada 20-yə yaxın mənzil satılıb, sahibləri tərəfindən təmir edilsə də, amma bina təhvil verilməyib.

Problemlə bağlı Teleqraf-a danışan sakinlər binanın sənədlərinin düzgün olmadığını bildiriblər.

Onların sözlərinə görə, kanalizasiya xətti olmadığı üçün tullantı suyu birbaşa binanın qarajına axıdılır. Sakinlər aldadıldıqlarını düşünürlər. Belə ki, binanın aid olduğu şirkətin sahibləri onların telefon zənglərinə belə cavab vermir.

Sakinlərin sözlərinə görə, şərait olmadığı üçün müvəqqəti yaşayıram. Kanalizasiya, su və işıq yoxdu. Kanalizasiya xətti olmadığı üçün tullantı suları binanın qarajına axıdılır.

Abşeron Rayon İcra Hakimiyyətindən Teleqraf-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən tikili 6-7 il bundan əvvələ aiddir. Həmin çoxmənzilli yaşayış binasını inşa edən "Ömər -2020 İnşaat" MMC tərəfindən Abşeron rayonu Masazır qəsəbəsində yerləşən çoxmənzilli yaşayış binasının istismarı ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətinə hər hansı bir müraciət daxil olmayıb. Qeyd olunub ki, şirkət bununla bağlı icra hakimiyyətinə müraciət etməlidir.

Seçilən
25
18
teleqraf.com

10Mənbələr