EN

Nəsimidə iki nəfəri hədələyərək soyan şəxs yaxalandı...


Nəsimi rayonunda quldurluq hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, iyulun 6-da gecə saatlarında naməlum şəxs 19 və 25 yaşlı paytaxt sakinlərini kəsici alətlə hədələyərək onların pulunu talayıb.

Hadisə ilə bağlı Nəsimi RPİ 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 46 yaşlı M.Əliyev saxlanılıb.

Araşdırma aparılır.

ZÜMRÜD

Chosen
12
23
baki-xeber.com

10Sources