“Everton” rəhbərliyi “qənnadçılar”ın 32 yaşlı ingiltərəli mərkəz müdafiəçisi Maykl Kinlə müqaviləsinin müddətini uzadıb.
Arena.az bu barədə İngiltərə klubunun rəsmi saytına istindən məlumat verir.
Yenilənmiş müqavilənin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədə olacaq.
Maykl Kin “Mançester Yunayted”in məzunudur. Müdafiəçi, karyerası ərzində “Lester Siti”, “Derbi Kaunti”, “Bləkbörn Rovers” və “Börnli”də oynayıb.
“Everton” Kini 2017-ci ilin iyul ayında 28,50 milyon avro məbləğ müqabilində “Börnli”dən tamhüqqulu əsasda “qənnadçılar”ın heyətinə qatıb.
Kin geridə qalmış mövsümdə 18 oyuna 3 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib.
Kin 2017-ci ilin mart ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 12 oyun keçirib, 1 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib.
“Transfermarkt” internet-portalı 32 yaşlı ingiltərəli mərkəz müdafiəçisinin transfer dəyərini 5 milyon avro məbləğində qiymətləndirir.