EN

Ukrayna dronları Krasnodar diyarında yerləşən neft emalı zavoduna hücum edib

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinə (ГУР) məxsus uzaqmənzilli döyüş dronları Rusiyanın Krasnodar diyarında yerləşən İlski Neft Emalı Zavoduna (NEZ) hücum edib.

Editor.az xəbər verir ki, bu barədə UNIAN agentliyi Ukrayna kəşfiyyatındakı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, dron zərbələri nəticəsində zavodun texnoloji sexlərindən birinə birbaşa isabət qeydə alınıb. Hücumun nəticələri Rusiya tərəfdə fəaliyyət göstərən yerli media tərəfindən də təsdiqlənib.

Qeyd olunur ki, İlski Neft Emalı Zavodu A. Şamar adına daşıyır və Cənub Federal Dairəsində aparıcı neft emalı müəssisələrindən biri hesab olunur. Zavod xam neftin qəbulu, saxlanması və emalı, eyni zamanda hazır neft məhsullarının avtomobil və dəmiryolu nəqliyyatı ilə daşınması ilə məşğuldur.

Bu hücum, Ukraynanın Rusiya enerji infrastrukturuna qarşı artan dron əməliyyatlarının növbəti epizodu kimi qiymətləndirilir. Ekspertlərə görə, belə hücumlar Rusiya ordusunun logistik imkanlarına və iqtisadi resurslarına zərbə vurmağı hədəfləyir.

//Samir Qurbanov, Editor.az

Chosen
31
50
editor.az

10Sources