EN

"Hayduk"un ulduz futbolçusu karyerasını başa vurdu

Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Zirə"nin rəqibi olan "Hayduk"un futbolçusu İvan Rakitiç karyerasını başa vurub.

"Football-plus.az" xəbər verir ki, "Bazel"in yetirməsi olan 37 yaşlı yarımmüdafiəçi "Şalke", "Sevilya", "Barselona" və "Əl-Şəbab"da da çıxış edib. Ötən ilin iyulundan "Hayduk"da çıxış edən futbolçu Xorvatiya millisinin heyətində meydana çıxdığı 106 matçda 15 qol vurub.

Xatırladaq ki, "Zirə"nin "Hayduk"la ilk oyunu iyulun 23-də Bakıda, cavab görüşü isə iyulun 31-də Splitdə keçiriləcək.

Chosen
16
27
football-plus.az

10Sources