AZ

Ulduz futbolçu “Zirə”ilə oyuna qədər gözləmədi

ain.az xəbər verir, Idmanxeber.az saytına əsaslanaraq.

Xorvatiyanın “Hayduk” komandasının futbolçusu İvan Rakitiç gələcəyi ilə bağlı qərarını açıqlayıb.

İdmanxeber.az-ın məlumatına görə, ulduz oyunçu karyerasını bitirib. 37 yaşlı yarımmüdafiəçi yaşıl meydanlarla vidalaşıb.

Rakitiç “Şalke”, “Sevilya” və “Barselona” kimi klublarda çıxış edib. O, Xorvatiya millisinin heyətində meydana çıxdığı 106 rəsmi matçda 15 qol vurub.

Xatırladaq k, “Hayduk” UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Zirə”nin rəqibidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
26
idmanxeber.az

10Mənbələr