UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Zirə"nin rəqibi olan "Hayduk"un futbolçusu İvan Rakitiç karyerasını başa vurub.
QOL.az xəbər verir ki, bu barədə xorvatiya klubunun rəsmi saytı məlumat yayıb.
"Bazel"in yetirməsi olan 37 yaşlı yarımmüdafiəçi "Şalke", "Sevilya", "Barselona" və "Əl-Şəbab"da da çıxış edib. Ötən ilin iyulundan "Hayduk"da çıxış edən futbolçu Xorvatiya millisinin heyətində meydana çıxdığı 106 matçda 15 qol vurub.
Qeyd edək ki, "Zirə"nin "Hayduk"la ilk oyunu iyulun 23-də Bakıda, cavab görüşü isə iyulun 31-də Splitdə keçiriləcək.
Bizi İnstaqramda izləmək üçün keçid et