Yazını böyüt
Yazını kiçilt
İran prezidenti Məsud Pezeşkian bəyan edib ki, İsrail hakimiyyəti ona qarşı sui-qəsd cəhdi edib, lakin bu, baş tutmayıb.
Hafta.az xəbər verir ki, amerikalı jurnalist Taker Karlsonla müsahibəsində "Bəli, cəhd etdilər, amma uğursuz oldular" deyə bildirib.
İran prezidenti əlavə edib ki, sui-qəsd cəhdi təxminən həftə yarım əvvəl baş verib və burada ABŞ-ın əli olmadığını qeyd edib.
“Mən görüşdə idim, sonrakı addımları müzakirə etdik və onların casuslarının kəşfiyyat məlumatlarının köməyi ilə onlar (İsrail) bizim görüş keçirdiyimiz əraziyə zərbə endirməyə çalışdılar”, - deyə azərbaycanlı prezident diqqətə çatdırıb.