EN

Məşhur futbolçu karyerasını bitirdi, "Hayduk"da işə başladı

BAKI. 7 iyul. TELEQRAF

Xorvatiya milli komandasının sabiq futbolçusu İvan Rakitiç karyerasını bitirərək, "Hayduk" klubuna texniki direktor təyin edilib.

Teleqraf-ın xəbərinə görə, bu barədə Split təmsilçisinin yeni idman direktoru Qoran Vuçeviç məlumat verib.

Vuçeviç bildirib ki, əsas köməkçisi məhz Rakitiç olacaq: "Onun "Hayduk"da olması böyük şərəfdir. Son dərəcə yüksək keyfiyyətli insandır və istisnasız yüksək səviyyəli karyeraya malikdir. Vida videosuna baxdım, tüklərim biz-biz oldu. Belə insanlar azdır".

Rakitiç futbolçu karyerası ərzində İsveçrənin "Bazel", Almaniyanın "Şalke", İspaniyanın "Barselona" və "Sevilya", Səudiyyə Ərəbistanının "Əş-Şabab" komandalarının formasını geyinib. Onun son klubu isə elə "Hayduk" olub.

Qeyd edək ki, "Hayduk" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Zirə" ilə qarşılaşacaq. İlk oyun iyulun 23-də Bakıda, cavab görüşü iyulun 31-də Splitdə olacaq.

Chosen
21
24
teleqraf.com

10Sources