ain.az bildirir, Avtosfer portalına istinadən.
Bakıda avtobus sürücüsünün qayda pozuntusu sosial şəbəkədə yayılıb. Avtosfer.az xəbər verir ki, hadisə iyulun 5-də, paytaxtın Yusif Səfərov küçəsində qeydə alınıb. Belə ki, "BakuBus"a məxsus 67306 eyniləşdirmə nömrəli avtobusun sürücüsü sağa - Xocalı prospektinə dönən zaman velosiped sürücüsünə yol verməyib.
"Yol hərəkəti haqqında" qanunda qeyd olunub ki, sağa və ya sola dönən sürücü dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadalara, habelə belə hərəkət hissəsini velosiped yolu ilə keçməkdə olan velosipedçilərə yol verməlidir.
Fərid
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.