EN

“Milan”dan “Əl-Hilal”a keçir - Danışıb razılaşdılar

“Milan” və Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu fransalı müdafiəçi Teo Hernandesin transferi ilə bağlı razılığa gəliblər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər ABŞ-da keçirilən Klublararası dünya çempionatı başa çatdıqdan dərhal sonra qalan detalları həll etməyi planlaşdırırlar.

Hernandes transferə hələ iki həftə əvvəl razılığını verib.

27 yaşlı futbolçu 2024/25 mövsümündə bütün turnirlərdə 49 oyuna çıxaraq, 5 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Onun “Milan”la müqaviləsinin müddəti 2026-cı ilin 30 iyununa kimidir.

Chosen
11
2
sportinfo.az

10Sources